Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bu yaxınlarda ağlıma gəldi ki, 6 ildir cinsi əlaqədə olmuram”

“Çarlinin mələkləri” və onlarla digər filmlərdəki rolları ilə tanınan aktrisa Dryu Berrimor sonuncu dəfə 6 il əvvəl cinsi əlaqədə olduğunu etiraf edib.

47 yaşlı aktrisa şəxsi həyatının təfərrüatlarını pərəstişkarları ilə bölüşüb.

Xüsusilə, kino ulduzu aktrisa intim münasibətlərinə yenidən baxdığını bildirib.

“İki uşaq sahibi olmağım və onların atalarından ayrı qalmağım məni daha ehtiyatlı etdi. Diqqətimi özümə və qızlarıma yönəltdim. Kişilər kənarda qaldı. Mən seksə nifrət etmirəm. Bu yaxınlarda ağlıma gəldi ki, sevgi və seks eyni deyil”, – deyə məşhur bildirib.

admin

Related Posts