ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Rusiyadakı Şimali Koreya qoşunları yaxın günlərdə Ukrayna cəbhəsinə göndərilə bilər və bu onları qanuni hədəfə çevirir.
Birinci24.com-un məlumatına görə, Blinken qeyd edib ki, Rusiya Şimali Koreya əsgərlərinə piyada qoşunlarının əsas əməliyyatları, o cümlədən artilleriya və dronlardan da istifadə üzrə təlim keçib. Bunu döyüş hazırlığı kimi qiymətləndirən dövlət katibi bildirib ki, Rusiyada 10 min Şimali Koreya hərbçisi var və onlardan 8 mini artıq Kursk vilayətindədir. Blinken KXDR hərbçilərinin Ukrayna müharibəsindəki “ətçəkən maşında” istifadəsini aşkar “zəiflik əlaməti” adlandırıb.
Cənubi Koreyalı həmkarları ilə birlikdə Blinkenlə görüşən ABŞ müdafiə naziri Lloyd Ostin Amerikanın yaxın günlərdə Ukraynaya yeni yardım paketi açıqlayacağını bildirib.
ABŞ və Cənubi Koreya hesab edirlər ki, Çin Şimali Koreyanın təxribatçı hərəkətlərini cilovlamaq üçün daha fəal olmalıdır – Blinken belə deyib. O, Çin nümayəndələrilə bunu müzakirə etdiyini bildirib.