Ermənistanla Azərbaycan arasında sadələşdirilmiş gömrük və tranzit prosedurları daşınan mallar haqqında məlumat mübadiləsini nəzərdə tuta bilər – Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan belə deyib.
O bildirib ki, konkret hallar üçün fərqli həll metodları seçilə bilər. Tərəflər mümkün riskləri azaltmaq üçün skan edilmiş məlumatları da əvvəlcədən bir-biriləinə göndərə bilərlər.
Badasyan qeyd edib ki, müasir rəqəmsal platformalara əsaslanan başqa həll variantları da var.
Ermənistanın Baş naziri Nikol Paşinyan BRİKS-in keçən ay Kazan şəhərində (Rusiya) keçirilmiş sammitində demişdi ki, Ermənistan öz ərazisindən keçən yüklərin təhlükəsizliyini təmin edə bilir, Yerevan Bakıya Naxçıvanla quru əlaqəsi qurmaq üçün sərhəd və gömrük nəzarəti prosedurlarının sadələşdirilməsi mexanizmlərini təklif edib.