Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

72 kq-da çıxış edən idmançı finalda xorvatiyalı Pavel Puklavetsə 8:2 hesabı ilə qalib gəlib və ən yüksək pilləyə qalxıb.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub.

Editor

Related Posts