Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Gələn il yanacağın qiyməti yenidən arta bilər -Eksklüziv

Gələn il yanacağın qiyməti yenidən arta bilər -Eksklüziv

Parlamentə təqdim olunan büdcə sənədlərindən aydın olur ki, gələn il aksiz vergisi üzrə dövlət büdcəsinə 288 milyon manat və ya 19 faizə yaxın əlavə yığım gözlənilir. Məlumatlı mənbələrin dediyinə görə, bu artım bilavasitə ölkə daxilində istehsal olunan neft məshullarına aid aksiz vergisi hesabına təmin ediləcək. Əgər 2024-cü ildə bu məshsullar üzrə 698 milyon manat yığım nəzərdə tutulmuşdusa, gələn il üçün daxilolma proqnozu 277,7 milyon artırılaraq 975,7 milyon manata çatıdırlacaq. Deməli, 2025-ci ildə neft məhsullarının qiyməti yenidən arta bilər.

Aydındır ki, ölkədəki avtomobillərin sayında qısa müddətdə ciddi yüksəkiş olması mümkün deyil və  vergi yığımını istehlakın genişlənməsi hesabına çoxaltmaq tamamilə istisna olnur. Üstəgəl hibrid və elektriklə işləyən avtomobillərin istifadəsi sürətlə çoxalır və bu amil də neft məhsulları istehlakının artımına imkan vermir.

Xatırladaq ki,  ölkə daxilində istehsal olunan neft məhsullarının qiyməti sonuncu dəfə bu ilin iyun ayında təxminən 20 faiz artırılıb. Həmin tarixdə Tarif Şurası bu məhsullar üçün yeni aksiz məbləğləri də müyyən etdi və hazırda  ölkə daxilində istehsal olunan Aİ-92 markalı benzinin hər tonu üçün 42,5% dərəcə ilə 319,4 manat, dizel yanacağının hər tonu üçün 18,3% dərəcə ilə 133 manat aksiz vergisi tutulur.

Büdcə sənələrinə görə, ölkə daxilində istehsal edilən digər məhsullara – spirtə və spirtli içkilərə, o cümlədən pivəyə, energetik içkilərə və tütün məmulatlarına tətbiq olunan aksizlər üzrə daxilolmaların məbləğində ciddi artım  gözlənilmir. Bu məhsulların aksiz proqnozunun cəmi 9 milyon manat artırılması onların bahalanmayacağına  işarədir.

Hökumət xaricdən idxal olunan məhsullar üçün aksiz vergisindən daxilolma proqnozunu əvvəlki  səviyyədə (185 milyon manat) saxlayıb və deməli, bu məhsulların da  qiymətində dəyişiklik gözləntiləri yoxdur.

Editor

Related Posts