Azərbaycanda bələdiyyə seçkiləri gələn il keçiriləcək.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yanvarın 25-dən sonra keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.
Birinci24.com xəbər verir ki, MSK sədri həmin vaxta qədər indiki çağırış bələdiyyə şuralarının səlahiyyət müddətinin başa çatacağını söyləyib.
Seçki Məcəlləsinə görə bələdiyyə seçkiləri beş ildən bir keçirilir.
Qanunvericiliyə görə, seçkilər səsverməyə azı 60 gün qalmış elan edilməlidir.
Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.
Bələdiyyə seçkilərinin yubanmasını noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransı COP29-la əlaqələndirənlər də var.
Amma eyni zamanda, bələdiyyələrlə bağlı qanunvericilikdə də dəyişikliklər edilir. Parlament bu il bələdiyyələrin birləşdirilməsi ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib. Həmin layihəyə görə ölkədəki 1400 bələdiyyənin bəziləri birləşdiriləcək və beləliklə ölkədə onların sayı 684-ə enəcək.