Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Avropada bu qədər ukraynalı qaçqın var

Avropada bu qədər ukraynalı qaçqın var

Hazırda Avropa İttifaqı ölkələrində 4,2 milyon ukraynalı qaçqın var və onlar Avropa Komissiyasının 2022-ci ilin martında qəbul etdiyi qərarla onlara verilən müvəqqəti müdafiə hüququndan istifadə edirlər.

Birinci24.com xəbər verir ki, bu barədə Aİ-nin “Eurostat” statistika agentliyi məlumat yayıb.

Ən çox ukraynalı qaçqın Almaniyada yaşayır – 1,3 milyon nəfər, Polşa ikinci yerdə – 0,98 milyon, Çexiya isə üçüncü yerdədir – 0,38 milyon.

Müvəqqəti müdafiə hüququndan yalnız 24 fevral 2022-ci il tarixindən sonra Avropaya gələn və ittifaqın ərazisində daimi yaşamayan Ukrayna vətəndaşları yararlana bilər. Beləliklə, bu status (2026-cı ilin mart ayına qədər etibarlıdır – Qeyd) qüvvədə olduğu müddətdə qaçqınlar iş, sağlamlıq, təhsil və sosial müavinət əldə edə bilərlər.

Editor

Related Posts