COP29 iqlim konfransında iştirak edən ölkələr gələn il üçün iqlim dəyişikliyilə mübarizəyə vəsait ayrılması barədə razılığa gələ bilməyiblər. Bunu bu gün – noyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Bakıda keçirilən mətbuat konfransında açıqlayıb.
“Mən danışıqların iştirakçısı deyiləm, amma Birləşmiş Millətlər Təşkilatının baş katibi kimi ölkələri razılığa gəlməyə və vaxt itirməməyə çağırıram. Dediyim kimi, vaxt gedir “, – A.Quterreş bildirib.
O, vəsaitin ayrılması barədə qərarın qəbuluna kimin və hansı səbəbdən mane olması ilə bağlı jurnalistlərin suallarına cavab verməyib.
Söhbət iqlim dəyişikliyilə bağlı iştirakçı dövlətlərin 1 trilyon dollar ayırmasından gedir.