Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Tbilisidə parlament ilk iclasını keçirir, etirazçılar küçədə toplaşır

Tbilisidə parlament ilk iclasını keçirir, etirazçılar küçədə toplaşır

Bu gün Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclas keçirilir. Bakı vaxtı ilə 12:00-da başlayan iclas zamanı parlamentin spikeri, vitse-spikerİ, eləcə də komitə rəhbərləri seçiləcək.

Birinci24.com xəbər verir ki, ölkədə parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət nümayəndələri və onların tərəfdarları paytaxt Tbilisinin Rustaveli prospektində toplaşıb.

Həmin prospektdə çadır quran etirazçılar gecəni burada keçiriblər. 

Polis parlament binasının xidməti girişlərinə aparan küçələri bağlayıb. 

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Rəsmi məlumata görə, seçkini 54 faiz səslə hakim “Gürcü arzusu” udub. 5 faizlik baryeri dörd müxalifət partiyası aşıb. Onlar seçkinin nəticələrini tanımaqdan, parlamentdə iştirakdan imtina ediblər.

ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb.

Editor

Related Posts