Noyabrın 25-də Rusiya qoşunlarının Xarkova hücumu nəticəsində 23 nəfər yaralanıb, 40 evə və mülki infrastruktura ziyan dəyib.
Regionun rəhbəri Oleq Sinegubov bildirib ki, yaralanalardan 14-ü xəstəxanaya yerləşdirilib.
Bu gün səhər saatlarında Rusiya hərbçiləri Odessaya da hücum ediblər, şəhərin mərkəzinə “İskəndər-M” ballistik raketi atılıb. Vilayət administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, 11 nəfər yaralanıb, bir qadının vəziyyəti ağırdır.