Avropa Birliyi ölkələri Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya pilotsuz uçuş aparatları göndərdiklərini əsas gətirərək İrana sanksiya tətbiq etmək qərarına gəlib. Çexiyanın Avropa İttifaqına sədrliyi tərəfindən verilən açıqlamada, dronların Ukraynanı vurmaq üçün istifadə edildiyi üçün sanksiyaların tətbiq ediləcəyi bildirilib. Yeni qərar çərçivəsində 3 İran vətəndaşı və 1 təşkilata qarşı sanksiya tətbiq edilib. Bundan əlavə, əvvəlki sanksiya siyahısına daxil edilən 4 İran təşkilatına qarşı tətbiq edilən sanksiyaların müddəti də uzadılıb.
Avropa İttifaqı Ukrayna müharibəsinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edib
