Suriyalı üsyançılar Hələbə daxil olduqlarını bildiriblər

Suriyalı üsyançılar Hələbə daxil olduqlarını bildiriblər

Suriya Prezidenti Bəşər Əsədin hökumət qüvvələrinə qarşı döyüşən üsyançılar Hələbə daxil olduqlarını bildiriblər.

Birinci24.com xəbər verir ki, bu barədə CNN qiyamçıların bəyanatına istinadən məlumat yayıb.

Bu məlumatın müstəqil təsdiqi yoxdur.

Suriya İnsan Haqları Müşahidə Qrupu da yaraqlıların Hələbə daxil olduğunu bildirir. Hələbdəki şahidlərin “Associated Press”ə verdiyi məlumata görə, sakinlər raket hücumları və atəşə məruz qaldıqları üçün şəhərin qərb kənarındakı ərazilərdən qaçıblar.

Noyabrın 29-da səhər saatlarında Türkiyənin “Anadolu” dövlət agentliyi mənbəyə istinadən xəbər verib ki, yaraqlılar Hələbin ətrafına bir kilometr məsafədən yaxınlaşıblar. Silahlı qruplar iki gün ərzində Hələb və İdlib əyalətlərində 56 yaşayış məntəqəsini nəzarətə götürüb, həmçinin Əsəd qüvvələrinə məxsus ağır silah, anbar və texnikanı ələ keçirib.

Editor

Related Posts