Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Ostin Ermənistan müdafiə nazirinin ABŞ-a budəfəki gedişini “tarixi səfər” adlandırıb

Ostin Ermənistan müdafiə nazirinin ABŞ-a budəfəki gedişini “tarixi səfər” adlandırıb

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Pentaqonda Ermənistanın müdafiə naziri Suren Papikyanı qəbul edib.

Tərəflər ABŞ və Ermənistan arasında strateji əlaqələri və uzunmüddətli tərəfdaşlığı, o cümlədən Ermənistan Müdafiə Nazirliyilə Kanzas Milli Qvardiyası arasındakı əməkdaşlığı müzakirə ediblər.

“Bu, tarixi səfərdir. Biz suveren, müstəqil və firavan Ermənistanı dəstəkləyirik” – Ostin belə deyib. O, ABŞ-ın Cənubi Qafqazda sabitlik tərəfdarı olduğunu bildirib.

ABŞ və Ermənistan ordularının sülhməramlı əməliyyatlarda uyğunluğunun təkmilləşdirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” (“Eagle Partner”)ikitərəfli təlimlərinin ikinci mərhələsi bu yay başa çatıb.

Zirehli texnika tədarükü və kiberəməliyyatların təkmilləşdirilməsi də daxil olmaqla, ABŞ Ermənistana təhlükəsizlik sahəsində də yardım edib.

Editor

Related Posts