Suriyadakı silahlı müxalifətin komandanlığı qadınların öz geyimlərini seçmək hüquq olduğunu və məcburi hicab taxmağı qadağan etdiyini açıqlayıb.
Birinci24.com xəbər verir ki, bu barədə Suriyanın “Əl-Vatan” qəzeti xəbər verib.
“Ali Komandanlıq qadınları müəyyən üslubda geyim geyinməyə məcbur etməyi, onların seçim hüququna müdaxilə etməyi və ya xarici görünüşü ilə bağlı iddialar irəli sürməyi qəti şəkildə qadağan edir”, – nəşr komandanlığın sözlərindən sitat gətirir.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 7-də axşam saatlarında onlar Hələb, Həma, Dəra və Homs da daxil olmaqla bir neçə əsas şəhəri nəzarətə götürüblər. Dekabrın 8-də isə müxalifət qüvvələri paytaxt Dəməşqə daxil olub.