Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Abşeronda amansız qətl: Kişi hamilə arvadını öldürdü

Abşeronda amansız qətl: Kişi hamilə arvadını öldürdü

Abşeron rayonu ərazisində hamilə qadın öldürülüb. Hüquq mühafizə orqanları tərəfindən məsələyə dərhal reaksiya verilib. Qətli törətməkdə şübhəli bilinən qadının əri saxlanıb.
 
Abşeronda dəhşətli qətl hadisəsi töprədilib. Hamilə qadın əri tərəfindən öldürülüb.

Rayon Prokurorluğundan verilən məlumata görə Saray qəsəbəsi sakini 27 yaşlı Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla hadisəni zərərçəkmişin əri, 28 yaşlı üqar Nəmətovun törətdiyi məlum olub. 

Prokurorluğun məlumatında o da qeyd edilib ki, Kişi hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək onu  öldürüb. 

İddia olunur ki, o, qızını döyən ərini aralamaq üçün ortaya girib.Hadisə də bundan sonra baş verib.

Faktla bağlı  cinayət işi başlanıb.Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Editor

Related Posts