Moldova parlamenti hökumətin fövqəladə vəziyyət elan etmək qərarını səs çoxluğu ilə dəstəkləyib.
Birinci24.com istinadla xəbər verir ki, ölkədə gözlənilən enerji böhranı ilə əlaqədar 60 günlük fövqəladə vəziyyət dekabrın 16-dan tətbiq olunacaq.
Qeyd edək ki, Moldova Rusiyadan təbii qazı Ukrayna ərazisi vasitəsilə alır. Kiyev Rusiyanın “Qazprom” konserni ilə 2024-cü il dekabrın 31-də başa çatacaq tranzit müqaviləsini uzatmaq niyyətində deyil. Buna uyğun olaraq Moldova Rusiya qazının 2025-ci il yanvarın 1-dən kəsilməsini gözləyir.