Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Bakı Hindistan silahları almaq istəyir? – Hind nəşrinin iddiası

Bakı Hindistan silahları almaq istəyir? – Hind nəşrinin iddiası

“Ermənistanla davam edən münaqişə fonunda Azərbaycan üçüncü bir ölkə vasitəsilə Hindistana silah almaq istəyini çatdırıb”.

Birinci24.com xəbər verir ki, belə bir qəribə iddia ilə Hindistanın “The Print” nəşri çıxış edib. Lakin həmin dost ölkə vasitəsilə (adı çəkilmir) daxil olan bu müraciəti Hindistanın nəzərə almadığı deyilir. İddiaya əsasən, Yeni Dehli dost ölkəyə açıq şəkildə bildirib ki, Hindistan öz ikitərəfli əlaqələrini və prioritetlərini özü müəyyənləşdirir və heç bir ölkənin vasitəçi olmasını istəmir.

Vəziyyətlə tanış olan mənbələrə görə, rəsmi Bakı bu məsələni heç vaxt birbaşa Yeni Dehli ilə müzakirə etməyib. Əvəzində Hindistana üçüncü bir ölkə müraciət edərək bildirib ki, əgər Yeni Dehli öz silahlarını ixrac etmək və uzunmüddətli tərəfdaş axtarmaq istəyirsə, diqqətini Azərbaycana yönəldə bilər. Həmin mənbələr guya Bakının hərbi sazişlər bağlamağa hazır olduğunu deyib.

Editor

Related Posts