Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

XİN-in yeni rəhbəri İranı Suriyada xaos yaratmamağa çağırıb

XİN-in yeni rəhbəri İranı Suriyada xaos yaratmamağa çağırıb

Suriyanın yeni təyin olunmuş xarici işlər naziri Əsəd Həsən əl-Şibani çərşənbə axşamı İranı Suriyada xaos yaratmamağa, Suriya xalqının iradəsinə və ölkənin suverenliyinə hörmət etməyə çağırıb.

“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir. Biz onları Suriyada xaos yaymaqdan çəkinməyə və son bəyanatlarının nəticələrinə görə məsuliyyət daşımağa çağırırıq” – Şibani “X” platformasındakı səhifəsində belə yazıb.

O, konkret hansı ifadələrə istinad etdiyini açıqlamayıb.

İranın ali dini lideri Ayətullah Əli Xamenei bazar günü televiziya çıxışında suriyalı gənclərə müraciət edərək onları “bu təhlükəli vəziyyəti təşkil edənlərə və yaradanlara qarşı qətiyyətlə mübarizə aparmağa” çağırıb.

“Biz Suriyada güclü və dürüst bir qrupun meydana çıxacağını proqnozlaşdırırıq, çünki bu gün suriyalı gənclərin itirəcəkləri heç nə yoxdur. Onların məktəbləri, universitetləri, evləri və küçələri təhlükədədir. Buna görə də onlar təhlükəsizlik təhdidlərini planlaşdıranlara və həyata keçirənlərlə qətiyyətlə müqavimət göstərməli və onları məğlub etməlidirlər” – Xamenei belə deyib.

Suriya üsyançıları prezident Bəşər Əsədi 13 illik vətəndaş müharibəsindən sonra – dekabrın 8-də devirdilər.

İran həmin dövrdə Əsədi dəstəkləmək üçün milyardlarla dollar xərcləyib, müttəfiqini hakimiyyətdə saxlamaq üçün İnqilab Keşikçilərini Suriyaya göndərib.

Əsədin devrilməsi İranın İsraillə ABŞ-ın Yaxın Şərqdəki təsirinə qarşı təşkil və rəhbərlik etdiyi “Müqavimət oxu” hərbi-siyasi ittifaqa ciddi zərbə kimi qiymətləndirilir.

Editor

Related Posts