Suriyanın yeni hakimiyyət orqanları Tartus əyalətindəki “Əsəd qüvvələrini” ordan sıxışdırıb çıxarmağa çalışırlar.
Devrilmiş prezident Bəşər Əsədin tərəfdarlarıyla toqquşmada 14 polis həlak olub. İnsident haqqında “Heyəti Təhrir əş-Şam” islamçı qruplaşmasının rəhbərlik etdiyi keçid hökuməti məlumat yayıb. Daxili İşlər Nazirliyinin rəhbəri Məhəmməd Əbdül Rəhman deyib ki, Əsədə sadiq qüvvələr hüquq-mühafizə orqanlarının bir qrup əməkdaşını pusquya salararaq öldürüblər, 10 polis isə yaralanıb. Suriyanın müvəqqəti hökuməti bildirib ki, “ölkənin təhlükəsizliyini pozmağa və ya vətəndaşların həyatını təhlükəyə atmağa” cəhd edən istənilən qüvvəyə qarşı sərt addımlar atacaq.