Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində hərbi sursatların aşkar edilib

Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində hərbi sursatların aşkar edilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 28 ədəd 7.62 mm-lik təlim mərmisi, 6 ədəd 7.62 mm-lik mərmi, 1 ədəd 5.45 mm-lik təlim mərmisi və 1 ədəd 30 mm-lik BMP mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Editor

Related Posts