Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Gürcüstanın Baş naziri Azərbaycana gələcək

Gürcüstanın Baş naziri Azərbaycana gələcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Bakı şəhərində, Gürcüstan və Azərbaycan Respublikasının Baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Komissiyanın iclasında hər iki ölkənin hökumət üzvləri iştirak edəcəklər. Baş nazir İrakli Kobaxidzenin Azərbaycanda yüksək səviyyəli görüşləri planlaşdırılır.

Gürcüstan nümayəndə heyətinə birinci vitse-prezident, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Editor

Related Posts