İsrail 90 fələstinli məhbusu azad edib

İsrail 90 fələstinli məhbusu azad edib

İsrail HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib. Bu barədə “Jerusalem Post” qəzeti yazır.

Nəşrin məlumatına görə, fələstinli məhbuslar üç israilli girovun müqabilində azad ediliblər.

Bundan əvvəl HƏMAS girovların İsrailə verilməsi proseduru ilə bağlı razılıq əldə etdiyini açıqlayıb. Onlar bildiriblər ki, cümə günləri girovların siyahılarını tərtib edib vasitəçilərə göndərməyə başlayacaqlar və sonra girovları İsrail tərəfinə təhvil verəcəklər. İnsanların təhvil verilməsi prosedurları isə şənbə günləri baş tutacaq.

Qəzza zolağında atəşkəs Bakı vaxtı ilə saat 13:15-də qüvvəyə minib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, Tel-Əviv yanvarın 19-da azad edilmiş girovların siyahısını aldıqdan sonra bununla razılaşıb.

Editor

Related Posts