Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

Ukrayna Prezidenti azərbaycanlını Kiyevin hərbi administrasiyasının rəisi təyin edib

Ukrayna Prezidenti azərbaycanlını Kiyevin hərbi administrasiyasının rəisi təyin edib

Ukrayna Prezidenti Volodimir Zelenskinin müvafiq sərəncamı ilə azərbaycanlı Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Kiyev şəhəri hərbi administrasiyasının rəisi təyin edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Teymur Tkaçenko bu vəzifəyə qədər Ukrayna strateji sənayelər nazirinin müavini və Ukrayna ərazi və regional inkişaf nazirinin müavini olub.

O, Kiyev şəhərində anadan olub, burada da boya-başa çatıb.

Qeyd edək ki, Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

Editor

Related Posts