Estoniya parlamenti Gürcüstan hökumətini və prezidentini tanımayacaq

Estoniya parlamenti Gürcüstan hökumətini və prezidentini tanımayacaq

Estoniya parlamenti (Riigikogu) Gürcüstan parlamentinin, hökumətinin və prezidentinin legitimliyini rədd edən qətnamə qəbul edib.

Birinci24 informasiya agentliyinin məlumatına görə, qətnamədə deyilir ki, mübahisəli seçkilərdən sonra təyin olunan bütün məmurların “hamısı gizli və vətəndaşların qorxudulması şəraitində keçirilən parlament seçkiləri nəticəsində təyin olunublar”.

Parlament üzvləri vətəndaş cəmiyyətini və keçmiş dövlət başçısı Salome Zurabişvilini dəstəkləməyə davam edəcəklərini bəyan edirlər.

Qeyd olunur ki, Estoniya hər bir ölkənin öz demokratik yolu ilə getmək hüququna hörmət edir, amma Rusiyanın Gürcüstan cəmiyyətini qütbləşdirən və seçkilərə müdaxilə edən “təsiredici fəaliyyətlərini” də diqqətdə saxlayır:

“Rusiya Federasiyasının dəstəyini alan hakim Gürcü Arzusu partiyası saxta seçki nəticələrindən istifadə edərək, dövlət institutlarına tam nəzarət etmək, müxalifət və vətəndaş cəmiyyətini repressiyaya etmək üçün istifadə edir”.

Qətnamənin sonunda Estoniya parlamenti Gürcüstanın gələcəyini Avropa İttifaqı çərçivəsində müdafiə edən gürcü xalqı ilə həmrəy olduğunu bildirir.

Qətnaməni 59 üzv dəstəkləyib, doqquzu isə əleyhinə səs verib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Estoniya Parlamentinin qənaməsini belə şərh edib:

“Bu cür bəyanatlar qəbuledilməzdir. Biz Estoniya ilə birtərəfli dostluq münasibətlərini saxlayırıq. Bu, bizim tarixən formalaşmış dostluğumuza əsaslanır. Amma belə bəyanatlar gürcü xalqının iradəsinə hörmətsizlikdir və açıq şəkildə anti-Gürcüstan bəyanatıdır”.

Editor

Related Posts