Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Qazaxıstan rəsmisi: Dərc edilmiş danışıqlar “qara qutu” məlumatlarından fərqlidir

Qazaxıstan rəsmisi: Dərc edilmiş danışıqlar “qara qutu” məlumatlarından fərqlidir

Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, dekabrın 25-də Aktauda qəzaya uğramış AZAL təyyarəsinin “qara qutusundakı” materiallar pilotların danışıqları ilə bağlı İnternetdə dərc olunmuş açıqlamalardan fərqlənir.

Amma o, hansı fərqlərin olduğunu deməyib.

“Qara qutuların məzmunu ilə böyük fərq var. Yalnız rəsmi qurumların məlumatlarını gözləyin”, – Kanat Bozumbayev qeyd edib.

Baş nazirin müavini Qazaxıstan üçün burada gizlədəcək bir məsələnin olmadığını və məlumatların surətlərinin Rusiya və Azərbaycana verildiyini açıqlayıb.

AZAL ekipajının dispetçerlərlə danışıqlarının stenoqramını yanvarın 15-də “Baza” telegram-kanalı yayıb. 

Aviaqəza dekabrın 25-də Aktau yaxınlığında baş verib. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla, 67 nəfər olub. 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

Editor

Related Posts