Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Hökumənin həyat yoldaşı kompensasiyadan imtina etdi

Hökumənin həyat yoldaşı kompensasiyadan imtina etdi

“Qızım Hökumənin həyat yoldaşı Etibar Əliyevlə münasibətimiz çox yaxşıdır. O, qızımın rayondakı yas mərasiminə də gəlmişdi”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu teleqraf.com-a Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.

O bildirib ki, Hökumənin həyat yoldaşı hüquqi varis kimi dövlət tərəfindən təqdim edilən sığorta pulu və 40 min manat kompensasiyadan imtina edib:

“Biz ona dövlətimiz tərəfindən təqdim edilən pulun hamısını verdik, amma o, məbləği özünə götürməkdən imtina edib geri qaytardı”.

Nəşr qeyd edib ki, Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev açıqlamasında bu barədə danışmaq istəmədiyini və ona həyat yoldaşının ailəsi tərəfindən təqdim edilən məbləğdən imtina etdiyini təsdiqləyib.

Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.

Editor

Related Posts