Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Köhnə-təzə Prezident – Lukaşenkonun 87,6% səslə qalib gəldiyi bildirilir

Köhnə-təzə Prezident – Lukaşenkonun 87,6% səslə qalib gəldiyi bildirilir

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkonun qalib gəldiyi bildirilir. 

Bu, Lukaşenkonun 7-ci prezidentlik dönəmi olacaq.

O bu vəzifəni 1994-cü ildən idarə edir.

MSK-nın məlumatına görə, seçici aktivliyi 81,5% olub.

Mərkəzi Seçki Komissiyasının katibi Yelena Baldovskaya deyib ki, Minskdə 56,61%, Brest vilayətində 72,86%  Vitebsk vilayətində 65,12%, Qomel vilayətində 72,92%, Qrodno vilayətində 60,60%, Minsk vilayətində 63,73% və Moqilev vilayətində 71,89% seçici səs verib.

Belarus Gənclər Təşkilatları Komitəsinin “Exit-poll”unun nəticələrinə görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.

“Exit-poll” ölkənin 300-dən çox seçki məntəqəsində keçirildiyi açıqlanıb. Nəticələrə əsasən, Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviç 1,8%, sahibkar Anna Kanopatskaya 1,6%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov 2,7%, Respublika Əmək və Ədalət Partiyasının lideri Aleksandr Xizhnyak – 1,2% səs toplayıb.

Qərb rəsmiləri, o cümlədən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, qurumun genişlənmə üzrə komissarı Marta Kos və Almaniyanın xarici işlər naziri Annalena Berbok seçkilərinin nəticələrini tanımayacaqlarını açıqlayıblar. 

Hazırda Belarusda aralarında siyasətçi, jurnalist, hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəalı olduğu deyilən 1300-dək siyasi məhbus olduğu, onların müdafiədən məhrum edildiyi və olduqca ağır şəraitdə saxlandıqları bildirilir.

Qeyd olunur ki, 2020-ci ildəki prezident seçkisinin nəticələrinə etiraz edənlərə qarşı genişmiqyaslı repressiyalara görə 13 min belaruslu ölkəni tərk etmək məcburiyyətində qalıb.

Editor

Related Posts