Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Öldürülən səfirlik işçisinin atası İrandakı edam prosesində iştirak etmək istəyir

Öldürülən səfirlik işçisinin atası İrandakı edam prosesində iştirak etmək istəyir

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumda öldürülən Orxan Əsgərovun atası Rizvan Əsgərov qatilin edam edilməsi prosesində iştirak etmək istədiyini bildirib.

“İki ildir bu hökmü gözləyirdik. Nəhayət, Ali Məhkəmə qatilin ölüm hökmünü təsdiqləyib. Övladımın qatili layiqli cəzasını alacaq deyə insanın ürəyində bir az yüngüllük hissi yaranır. Hökmün nə zaman icra olunacağı İranın hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki, bizə məlumat veriləcək” – Əsgərov belə deyib.

27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirlik binasına hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Editor

Related Posts