Azərbaycanda bələdiyyə seçkilərində səsvermə az öncə – saat 19-da başa çatıb.
Saat 17-yə olan rəsmi məlumata görə, seçicilərin 28,77%-i, 1 milyon 715 min 291 nəfər səs verib. Bakıdakı seçki məntəqələrində prosesi müşahidə edənlər səs verməyə çox az adamın gəldiyini bildiriblər. Onların sözlərinə görə, bu, seçicilərin sayının ən az olduğu seçkilər olub.
İlkin nəticələrin bu axşam açıqlanacağı gözlənilir.
Bu seçkilərdə ötən seçkilərdə olduğu kimi pozuntular – xüsusən də “karusel əməliyyatı”, bülletenlərin seçki qutularına topa halda atılması müaşhidə edilib. Bunların bəzisi müşahidəçilər, bəzisi KİV-lər tərəfindən qeydə alınıb, bəzisini də elə MSK-nın quraşdırdığı veb-kameralar vasitəsilə izləmək mümkün olub.