Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Müşahidəçi ölümlə hədələndiyini bildirir 

Müşahidəçi ölümlə hədələndiyini bildirir 

İctimai fəal Əhməd Məmmədli bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermənin monitorinqi zamanı təhdid və təzyiqə məruz qaldığını bildirir. Əhməd Məmmədli bu barədə “Facebook“ hesabında paylaşım edib.

O bunun Bakıdakı 35 saylı məktəbdə yerləşən Nəsimi-Səbail seçki dairəsinin 32 saylı seçki məntəqəsində baş verdiyini deyir.

Fəalın sözlərinə görə, o, yeni saxtalaşdırma metodu müşahidə edib:

“Əvvəllər müxtəlif məntəqələrdə dəfələrlə səs verənlər (karusel) seçki məntəqələrinə dəstə-dəstə daxil olurdularsa, indi tək-tək daxil olurlar. Seçki məntəqələrinin yaxınlığında “koordinatorlar” onları qarşılayır. Onlar bu şəxslərə necə davranmalı olduqları – tək-tək daxil olmaları və bir-birilə ünsiyyətdə olmamaları barədə təlimat verirlər”.

Məmmədli həm bu prosesin, həm də digər pozuntuların videogörüntülərini çəkib. Hakimiyyəti təmsil edən komissiya üzvləri və müşahidəçilər buna görə ona təzyiq göstərməyə başlayıblar.

İdmançı bədən quruluşu olan biri onu açıq şəkildə təhdid edib.

“O dedi ki, mən hansısa “kriminal avtoritetin” bacısını videoya çəkmişəm, məni ölümlə hədələdi. Mən məntəqəni tərk etməkdən imtina etdim, videomüraciət yayaraq bu haqda danışdım. Dedim ki, başıma bir iş gəlsə, buna görə seçki prosesinə müdaxilə edən YAP-çı komissiya üzvləri və müşahidəçilər məsuliyyət daşıyırlar” deyən Məmmədlinin sözlərinə görə, həmin videomüraciətdən sonra ona qarşı təzyiqlər dayandırılıb.

Editor

Related Posts