“Quran”ı yandıran iraqlı qaçqın öldürüldü

“Quran”ı yandıran iraqlı qaçqın öldürüldü

Müsəlmanların müqəddəs kitabı “Quran”ı nümayişkaranə şəkildə yandırmış iraqlı qaçqın Salvan Momika öldürülüb. Hadisə yanvarın 29-da İsveçdə baş verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, 38 yaşlı Momikaya qarşı etnik və ya milli qarşıdurmaya qarşı təhrik ittihamı irəli sürülmüşdü.

O, bununla bağlı hökm oxunmasına bir neçə saat qalmış, Södertalye şəhərində güllələnib. 

Bu iş üzrə daha bir nəfər mühakimə olunur. Hadisədən sonra o, “X” sosial şəbəkəsindəki səhifəsində “Növbədə mənəm” yazıb.

Polis Momikanın ölümünü araşdırır. İsveç mediası yazır ki, onu dünən axşam, “TikTok” sosial şəbəkəsində canlı yayımdaykən gülləyiblər. Hələlik cinayəti kimin törətməsilə bağlı heç bir versiya irəli sürülməyib.

İsveçdən sığınacaq almış Salvan Momika ateist olduğunu bildirib və islam əleyhinə sərt fikirlər səsləndirib. 2023-cü ildə bir neçə dəfə “Quran” yandırıb və bu, bəzi müsəlman ölkələrində qəzəblə qarşılanıb, radikal islamçılar onu ölümlə hədələyiblər.

Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq prosesini məhz Momikaya görə ləngidib. 2023-cü ildə İsveç rəsmiləri sığınacaq üçün müraciətində yalan məlumat verdiyinə görə Momikanın deport edilməsi barədə qərar çıxarıblar, amma öz ölkəsində işgəncə və qeyri-insani rəftar riskiylə üzləşəcəyini nəzərə alaraq qərarı icra etməyilər.

Editor

Related Posts