Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Partlayışda yaralananların vəziyyəti açıqlandı – Yenilənib

Partlayışda yaralananların vəziyyəti açıqlandı – Yenilənib

Yanvarın 31-də saat 11:30 radələrində partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.

Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***12:54
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

“Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır”, – məlumatda deyilir.

***12:45
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.

Birinci24 informasiya agentliyi Tns.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

Məlumatı hüquq-mühafizə orqanları təsdiqləyib.

Qeyd olunub ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.

“Hadisə nəticəsində ev sahibi ilə yanaşı oğlu, 2 nəvəsi və gəlini həyatını itirib. Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirilməsi iddia edilib”, – məlumatda deyilir.

Editor

Related Posts