“Ermənistan Naxçıvana yüklərin daşınması məqsədilə Azərbaycanı öz ərazisində yerləşən dəmir yolu kommunikasiyaları ilə təmin etməyə hazırdır”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
“Biz Azərbaycana həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə alan konkret təkliflə çıxış etdik. Biz təklif etdik ki, Qərbi Azərbaycandan Naxçıvana və əks istiqamətdə Ermənistan ərazisindən, Mehridən keçməklə, dəmir yolu ilə yük daşınsın. Çünki Azərbaycanla dəmir yolunun qalan hissələrinin bərpası böyük investisiyalar tələb edir”, – deyə hökumət başçısı Bakının bu təklifi qəbul edəcəyinə ümid etdiyini bildirib.