Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Qumbara 42 yaşlı Bəhruz Quliyevin əlində partlayıb – Yeni təfərrüatlar

Qumbara 42 yaşlı Bəhruz Quliyevin əlində partlayıb – Yeni təfərrüatlar

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

“Xəbər verildiyi kimi Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):

1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır”, – məlumatda deyilir.

“Qafqazinfo”nun yaydığı məlumata görə, F1 markalı qəlpəli əl qumbarası 42 yaşlı Bəhruz Quliyevin əlində partlayıb.

“Belə ki, B.Quliyevin yaşadığı evdə qonaq olan bacısı oğlu Murad Məmmədli Qazantəpə adlanan ərazidən tapdığı partlayıcını evə gətirib və dayısına verib. Bəhruz təcrübəsizlik edərək qumbaranın üzərindəki alışdırıcını çıxarıb və bir neçə saniyə sonra evdə partlayış baş verib.

Nəticədə B. Quliyevlə yanaşı, atası – ev sahibi Şamil Məmmədov, qızı Fatimə Quliyeva, eləcə də bacısı oğlanları Məmmədli Məhəmməd və Məmmədli Murad həlak olublar”, – məlumatda deyilir.

Editor

Related Posts