Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

ABŞ Kanada, Meksika və Çindən gələn mallara gömrük rüsumları tətbiq etdi

ABŞ Kanada, Meksika və Çindən gələn mallara gömrük rüsumları tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan gələn mallara fevralın 1-dən qüvvəyə minəcək gömrük rüsumları tətbiq edəcək.

Birinci24 informasiya agentliyi “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat yayıb.

Bildirilib ki, Kanada və Meksika üçün rüsum dərəcəsi 25%, Çin üçün 10% olacaq.

Kanadanın Baş naziri Castin Trüdo Kanadanın ABŞ-nin tətbiq etdiyi hər hansı tariflərə qətiyyətli, lakin ağıllı cavab verəcəyini deyib:

“Mən gizlətməyəcəyəm – ölkəmizi yaxın günlərdə və həftələrdə çətin günlər gözləyə bilər. Mən bilirəm ki, kanadalılar narahat ola bilərlər, lakin istəyirəm ki, onlar bilsin, federal hökumət onların arxasındadır”.

Qeyd edək ki, Kanada ixracının 75%-i ABŞ-yə gedir.

“The Guardian”ın məlumatına görə, Kanada və Meksika artıq ABŞ-yə qarşı cavab tədbirləri hazırlayıb və bu, “dağıdıcı ticarət müharibəsi ehtimalını artırır”.

Editor

Related Posts