ABŞ prezidenti Donald Tramp fevralın 1-də Meksika və Kanada mallarına 25%, Çin mallarına isə 10% rüsum tətbiq edilməsi barədə sərəncam imzalayıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, Tramp Kanada neftinə daha az – 10% rüsum tətbiq olunacağını və bu dəyişikliklərin fevralın 18-də qüvvəyə minəcəyini bildirib.
O, daha əvvəl bəyan etmişdi ki, bu addım ABŞ sərhədlərini keçən çox sayda qeyri-qanuni miqrantın, eləcə də qonşu ölkələrlə ticarət kəsirinin aradan qaldırılmasına yönəlib.
Tramp Avropa İttifaqından idxal edilən mallara da rüsum tətbiq edəcəyini və bunun “çox yaxında” baş verəcəyini deyib (bit.ly/bbcrussian).
“Onlar bizim maşınlarımızı, kənd təsərrüfatı məhsullarımızı almırlar. Onlar bizdən, demək olar ki, heç nə almırlar, amma biz onlardan hər şeyi alırıq: milyonlarla avtomobil, böyük miqdarda ərzaq və kənd təsərrüfatı məhsulları. Dünyanın, demək olar ki, bütün ölkələrii ABŞ-ı soyur” – Tramp belə deyib.
O, Britaniya üçün də rüsumların artırıla biləcəyini istisna etməyib.
“Bloomberg” daha əvvəl yazmışdı ki, Avropa Komissiyası Vaşinqtonun idxal rüsumlarını artırmasına sərt cavab verməyə hazırlaşır.
Kanada, Meksika və Çin cavab tədbiri olaraq Amerika mallarına rüsumları artıracaqlarını bəyan ediblər.