Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Gürcüstanın nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırdı

Gürcüstanın nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırdı

Gürcüstanın AŞPA-dakı nümayəndələri qurumdakı fəaliyyətlərini dayandırdılar. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, qərar ölkə parlamentinin büro iclasında qəbul olunub.

“Biz Assambleyayla bu şərtlər altında işləyə bilmərik. Avropa Şurası Parlament Assambleyası demokratiyaya və xalqların iradəsinə hörmətə əsaslanan fundamental dəyərlərinə qayıtmalıdır. Biz bir-birimizin suverenliyinə hörmət etmiriksə, vətəndaşların demokratik seçimlərinə hörmət etmiriksə beynəlxalq əməkdaşlıq prinsiplərini müzakirə etmək son dərəcə çətinləşir. Həm “Gürcü Arzusu”, həm də “Xalqın Gücü” AŞPA-dakı üzvlərini geri çağırmaq barədə qərar qəbul ediblər” – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili belə deyib.

Editor

Related Posts