Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Yanvarda Türkiyənin müdafiə ixracatında rekord: 383 milyon dollar

Yanvarda Türkiyənin müdafiə ixracatında rekord: 383 milyon dollar

Türkiyənin müdafiə və aviasiya sənayesi 2025-ci ilin ilk ayında 383,1 milyon dollarlıq ixracat həyata keçirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 16 faizlik artıma işrə edib.

Son iki ildə Türkiyənin müdafiə və aviasiya sənayesi ixracında əhəmiyyətli artım müşahidə olunub. 2024-cü ilin yanvar ayında 281 milyon dollar olan ixracat 2025-ci ildə 36 faiz artım qeydə alaraq, 383 milyon dollara çatıb.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün sosial media hesabından etdiyi paylaşımda ixracatdakı artıma diqqət çəkərək qeyd edib:

“Son iki ildə (yanvar 2023-2025) müdafiə və aviasiya sənayesi ixracatında 36 faiz artımla 281 milyon dollardan 383 milyon dollara qədər bütün dünyaya ixracat həyata keçirə bilən hala gələn müdafiə sənayesi şirkətlərimiz dövri olaraq ötən il 180 fərqli ölkəyə məhsul ixrac edərək, böyük bir rekorda imza atdı. Önümüzdəki dövrdə həm iri şirkətləri, həm də KOBİ-ləri əhatə edərək, ixracatçı şirkətlərimizin sayını artırmaq üçün beynəlxalq fəaliyyətimizi davam etdirəcəyik. İxracımızın artmasında, ölkəmizin inkişafında bilavasitə və dolayısı ilə əməyi olan bütün müdafiə sənayesi şirkətlərimizi və onların əməkdaşlarını ürəkdən təbrik edir, bu nailiyyətlərin ölkəmizə mühüm qazanclar gətirəcəyinə ümid edirəm”.

Editor

Related Posts