Argentina Prezidenti Xavyer Miley ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə göstəriş verib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə respublika hökumətinin rəsmi nümayəndəsi Manuel Adorni mətbuat konfransında bildirib.
“Bildirmək istərdim ki, Argentina Prezidenti Xavyer Miley Argentinanın Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı xarici işlər naziri Gerardo Verteynə göstəriş verib”, – Adorni bildirib.
Səbəblər arasında o, ilk növbədə COVID-19 pandemiyası zamanı səhiyyə siyasətləri ilə bağlı dərin fikir ayrılıqlarını qeyd edib.
Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxarılması haqqında sərəncam imzalayıb.