Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Dövlət başçısının digər sərəncamı ilə Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.

Deputat Siyavuş Novruzov fevralın 3-də parlamentin plenar iclasında çıxışı zamanı bu ilin “Konstitusiya və Suverenlik ili” olduğuna diqqət çəkərək 28 May Respublika Gününə qədər Amnistiya Aktını hazırlamağı təklif edib.

“Hesab edirəm ki, parlament də təşəbbüs göstərib 28 May Respublika Gününə qədər Amnistiya Aktını hazırlayıb təqdim edə bilər. Belə təşəbbüsün parlamentdə qəbul edilməsi bütün vətəndaşlarımızı sevindirər. Azərbaycanın suverenliyi uğrunda döyüşüb sonradan səhvə yol verən insanlar var ki, hazırda həbsxanadadır. Onların azadlığa çıxması da bu ildə vacib olan məsələlərdəndir” – Siyavuş Novruzov belə deyib.

Deputat Siyavuş Novruzov

Amnistiya aktı nədir və kimlərə tətbiq oluna bilər?

Amnistiya ümumi olaraq əfv mənasını versə də, Prezidentin imzaladığı əfv sərəncamından fərqlənir: Prezidentin imzaladığı əfv sərəncamı yalnız onun səlahiyyəti daxilindədir. Amnistiya isə ümumi əfvdir,  Azərbaycan Konstitusiyasına əsasən, Milli Məclisin səlahiyyətinə aiddir. 

Əfv sərəncamı konkret şəxslərlə, onların hansı maddə üzrə məhkum edilməsindən asılı olmayaraq bağışlanılması ilə əlaqəli olduğu halda, amnistiya azadlıqdan məhrum edilmiş şəxslərin cinayət əməli törətməkdə ittiham edildikləri maddələr üzrə təyin edilir.

Parlament hər amnistiya aktı hazırlayarkən o aktının sərhədlərini hansı cinayət əməllərinə tətbiq edilib-edilməyəcəyi əsasında təyin edir. MM-in qərarında həmin maddələr və hansı maddələrə tətbiq edilməyəcəyi açıq bəyan olunur. Bu da kimlərin azadlığa çıxacağını avtomatik cəzalarına müvafiq maddələr əsasında təyin edir.

Amnistiya indiyə qədər Azərbaycan təcrübəsində necə işləyib?

III Respublika Platformasının Qurucu Heyət Üzvü, hüquqşünas Səməd Rəhimli bildirir ki, amnistiya Milli Məclisin müstəsna səlahiyyətidir. Yəni Milli Məclis başqa qurumlar (məsələn, məhkəmə) tərəfindən amnistiya aktı qəbul etməyə məcbur edilə bilməz. Bu MM-də olan siyasi iradədən asılıdır və siyasi qərardır.

Azərbaycanda Milli Məclis tərəfindən müxtəlif amnistiya qərarları qəbul edilsə də, bu siyasi qərar cəmiyyətdə gözlənilən təəssüratları doğurmayıb, əksinə manipulyativ xarakter daşıyır:

“Məsələn, sonuncu amnistiya aktlarından birinə baxaq; bu, Azərbaycandakı II Qarabağ müharibəsindəki qələbə ilə əlaqəli elan edilən amnistiya qərarı idi. Əgər biz bu qərarı gözdən keçirsək, ilkin təəssüratımız belə olar ki, bu amnistiya aktı bir çox şəxsləri humanitar əsaslarla cəzadan azad edir. Bura qadınlar, əlilliyi olan şəxslər, şəhid ailələrinin yaxın qohumları, himayəsində uşaqlar olan şəxslər, əlilliyi olan şəxslər və s. aiddir. Eləcə də digər müddəalarda qeyd edilir ki, amnistiya qərarı həm də böyük ictimai təhlükə törətməyən cinayətləri, məntəqə tipli cəzaçəkmə müəssəsində cəza çəkən şəxsləri və ya az ağır cinayət törətdiklərinə görə cəza çəkən şəxsləri əhatə edir.

Lakin hüquqşünas deyir ki, bu qərarın ən böyük problemi istisnalarındadır. (05 noyabr 2021-ci il MM-in Amnistiya qərarının 11-ci maddəsi).  Həmin istisnalara nəzər salanda görürük ki, ümumiyyətlə, ağır və xüsusilə ağır cinayətlər amnistiya aktına düşmür, istisna kimi nəzərdə tutulur. Lakin eyni zamanda istisna kimi sadalanan digər cinayət maddələrində Azərbaycan hüquq praktikasında kifayət qədər rast gəlinən bir çox cinayət əməllərinin maddələri də yer alır. Həmin maddələr üzrə cinayət əməllərini gözdən keçirdikdə aydın olur ki, sağlamlığa az ağır ziyan vurma, oğurluq, dələduzluğun az ağır növü, soyğunçuluğun az ağır növü, avtomobil qəzaları, xuliqanlıq və narkotik saxlama ilə bağlı əməlləri də bura daxil edilib. Bu əməllər Azərbaycan hüquq təcrübəsində çox geniş yayılıb və bunların hamısı amnistiyanın istisnaları kimi nəzərdə tutulur və amnistiya bu əməllərə şamil edilmir, həmin şəxslər cəzadan azad edilmir. Bu isə onunla nəticələnir ki, praktikada törədilən əksər cinayətlərə amnistiya aktı tətbiq edilmir. Yalnız ya çox kiçik cəzalara, böyük ictimai təhlükə törətməyən, 2 ilə qədər olan cəzalara münasibətdə amnistiya tətbiq olunur, ya da az ağır cinayətlər, yəni 7 ilə qədər məhkum edilən şəxslərin cəzalarına 6 ay qalanda və ya praktik olaraq cəza çəkməyən, yəni məntəqə tipli cəzaçəkmə müəssələrində həbs olunan şəxslərə münasibətdə amnistiya tətbiq olunur.

Amnistiya kimlərə tətbiq olunmalıdır?

Hüquqşünas deyir ki, amnistiya praktikada geniş yayılan cinayətlərə tətbiq olunmalıdır:

“Azərbaycanda Prezidentin əfv sərəncamı ilə cəzaçəkmə müəəssələrindən azad olunan məhbusların sayı amnistiya aktına düşən fərdlərin sayından reallıqda daha çox olur. Bu baxımdan amnistiya praktikada elə də işə yaramır. Lakin amnistiya kalkulyator rolunu oynamalıdır və daha çox şəxsin azad olunması ilə nəticələnməlidir. Amma təcrübədə bunun əksini görürük.”

Amnistiya üzərindən gender manipulyasiyası

2021-ci il Amnistiya Qərarının 1.12-ci bəndində amnistiyaya daxil olan qrup kimi qadınlar göstərilib. Lakin amnistiyanın düşmədiyi istisnalardakı cinayət əməlləri üzrə maddələrlə məhkum edilmiş qadınlara şamil edilmir.

Bəs qadınlar amnistiya qərarında real statistikada haradadır?

Dövlət Statistika Komitəsinin “cinayət törətmiş qadınlar”ın müxtəlif illər üzrə statistikasına nəzər saldıqda qadınların məhbusluğuna səbəb olan cinayət əməlləri üzrə açılmış əsas maddələr və sayı aşağıdakılardır:

  • Oğurluq (103)
  • Dələduzluq (159)
  • Xuliqanlıq (33)
  • Narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər (142)
  • Yol-nəqliyyat hadisələrinə aid cinayətlər (72)

2021-ci il üzrə məhbus olan qadınların ümumi sayı 570 olduğu halda, məhz yuxarıdakı 5 cinayət kateqoriyası üzrə 476 nəfəri əhatə edir. Yəni yuxarıdakı 5 kateqoriyadakı cinayət əməlləri ümumi olaraq azadlıqdan məhrum edilən qadınların 83.5%-ni təşkil edir.

Bu əməllər amnistiya tətbiq edilməyən o istisna maddələrə daxildir. Nəticədə 2021-ci il üzrə elan olunan amnistiyada məhz həmin ildə məhbus olan qadınların 83.5%-i məhbus olunduğu maddələrə görə amnistiyaya düşmür.

Hüquqşünasın da bildirdiyi kimi amnistiya kalkulyator rolunu oynamalı olduğu halda, məhbusların çoxunun buna əlçatanlığı olmadığı üçün, nəticədə az insan azadlığa çıxa bilir. Qadınlar amnistiya qərarında ümumi nəzərdə tutulsa da, qərarın istisnalarına əsasən, praktikada bundan yararlanmaq ehtimalı olan qadınların faizi ümumi qadın məhbusların 16.5%-dən azdır. 

Azərbaycanda məhbus sayına görə III yerdədir…

Azərbaycan Avropa Şurası ölkələri arasında məhbus sıxlığına görə 3-cü yerdədir (2023-cü ilə olan Avropa Şurası statistikası). Azərbaycanda hər 100 min nəfərə 244 məhbus düşür. Avropa Şurası ölkələri arasında birinci sırada Türkiyə (408 nəfər), 2-ci sırada Gürcüstün (256 nəfər), 4-cü sırada isə Moldova (242 nəfər) yer alır.

Səməd Rəhimli qeyd edir ki, Avropa Şurası kimi beynəlxalq regional təşkilatlar cəza siyasətinin liberallaşdırılması ilə bağlı tövsiyələr verirlər. Məsələn, Avropa Şurası Nazirlər Komitəsi həbs cəzalarına həbsdənkənar alternativlərin (qolbaq, cərimə və sair) tətbiqi barədə üzv dövlətlərə tövsiyə nəzərdə tutur. Bu tövsiyəyə əsasən, mümkün qədər ağır həbs cəzalarından dövlətlərin yayınması və qeyri-zorakı cinayətlərdə alternativ yəni şəxsin cəmiyyətdən təcrid edilməsini tələb etməyən cəzaların tətbiq edilməsi məsləhət görülür, lakin ölkə praktikası bunun əksinə tətbiqini göstərir:

“Azərbaycanın hüquq-mühafizə təcrübəsinə, xüsusilə də polisin cinayət işi açmaq təcrübəsinə baxdıqda görürük ki, polis orqanları çalışırlar ki, işdə mümkün qədər ağırlaşdırıcı hallar tapsınlar və o hallar əsasında ittiham versinlər. Bunun tipik nümunəsi xuliqanlıq işləridir. Xuliqanlıq işlərində şəxslər arasında hər hansısa dava varsa, insan sağlamlığına ziyan vurmayan hansısa alət, hətta təsadüfən istifadə olunubsa, bu hallarda çalışırlar ki, ittihamı “silah qismində istifadə olunan əşyalarla xuliqanlıq cinayətini törətmə” şəklində versinlər və bu da ağırlaşdırıcı halla nəticələnir. (red: bu maddə amnistiyaya düşmür). Az ağır ittihama çevrilir və nəticədə 5 il, 6 il azadlıqdan məhrum edilmə cəzasına səbəb olur. Əməllərin bu cür şərh edilməsi ağlabatan deyil, amma biz bunu praktikada təəssüf ki görürük”.

Hüquqşünas deyir ki, buna nümunə kimi tez-tez rastlaşılan narkotik işlərini götürmək olar.

“Bir sıra hallarda şəxsin üzərindən “çox böyük miqdarda” narkotik aşkar edirlər. Lakin buradakı “çox böyük miqdar”ın özü də problemlidir, çünki narkotik vasitələrin miqdarlarına dair siyahı var və həmin siyahıda dünya təcrübəsində kiçik və ya orta miqdar kimi sayıla biləcək miqdarlar külli-miqdar kimi qeydə alınıb. Bu da nəticədə onun cəzasını ağırlaşdırır. Üstəlik narkotik işlərində polisin şəxslərin cibinə narkotik qoyma halları da çox tez-tez rastlanan cəzalandırma praktikasıdır”.

“Bütün bunlar göstərir ki, hüquq-mühafizə orqanları şəxsləri əsas olmadığı halda daha ağır cinayətlə ittiham etməkdə meyillidirlər. Bu isə həmin şəxslərin daha uzun müddətdə azadlıqdan məhrum edilməsi ilə nəticələnir və məhkəmələr də bu ittihamları avtomatik təsdiq edirlər, yüngülləşdirici halları nəzərə almırlar”– Səməd Rəhimli belə izah edir.

Cəzaçəkmə müəssələrində silsilə ölümlər…

Azərbaycan cəzaçəkmə müəssisələrində ölüm hallarının baş verməsi xəbər xronologiyasına əsasən, uzunmüddətli praktikadır. Ölüm xəbərlərinə görə, bu hallar saxlanma şəraiti və cəzaçəkmə müəssisələrinin əməkdaşları tərəfindən məhbusların zorakılığa və işgəncəyə məruz qoyulmasının nəticəsində baş verir.

Keçmiş məhbusların müsahibələrinə əsasən, saxlanılma şəraitləri o qədər məhbusun birlikdə yaşaması üçün qeyri-əlverişlidir. Onlar yataq, qida çatışmazlığından, anti-sanitar vəziyyətdən və həbsxana rəhbərlikləri tərəfindən məruz qaldıqları pis rəftarların cəzaçəkmə müəssəsində yaşamağı dözülməz etdiyindən bəhs edirlər.

Azərbaycan dövlətinin məhbuslar qarşısında hansı öhdəlikləri var?

Məhbusların sağlamlıq və sanitar məsələləri “pis rəftara məruz qalmamaq” hüququnun çərçivəsində nəzərdə tutulur. Bu Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi, İşgəncələr Əleyhinə Avropa Konvensiyası, İşgəncələr Əleyhinə BMT Konvensiyası, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt kimi beynəlxalq müqavilələrlə tənzimlənir.

Editor

Related Posts