Tramp Haaqa məhkəməsinə sanksiya tətbiq edib

Tramp Haaqa məhkəməsinə sanksiya tətbiq edib

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara və İsrailə qarşı istintaq başladan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) rəsmilərinə sanksiyalar tətbiq edən fərman imzalayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, fevralın 6-da imzalanmış fərmanda Haaqa məhkəməsinin ABŞ və onun müttəfiqi – İsrailə qarşı “qeyri-legitim və əsassız” addımlar atdığı, məhkəmənin verdiyi qərarların Birləşmiş Ştatların hazırkı və keçmiş əməkdaşlarını, o cümlədən Amerika hərbçilərini birbaşa risk altına qoyaraq təhlükəli presedent yaratdığı qeyd olunub.

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun HƏMAS-ın İsrailə hücumundan sonra Qəzzada fələstinlilərə qarşı hərəkətlərinə görə həbsə order verib.

Trampın bu qərarı Haaqa məhkəməsinin haqqında həbs orderi çıxardığı İsrail baş naziri Benyamin Netanyahunun Ağ evdəki görüşündən bir neçə gün sonraya təsadüf edir.

Sanksiyalar BCM rəsmilərinin, əməkdaşlarının və onların ailə üzvlərinin ABŞ-yə girişini qadağan edir və bu ölkənin yurisdiksiyasında olan aktivlərini dondurur. Sanksiyalar həmçinin məhkəmənin istintaqına yardım edən şəxslərə də şamil olunur.

Editor

Related Posts