Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Naxçıvanda ağır yol qəzası olub, beş nəfər xəsarət alıb

Naxçıvanda ağır yol qəzası olub, beş nəfər xəsarət alıb

Naxçıvanda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralın Püsyan kəndi (Şərur rayonu) ərazində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən 68-BD-567 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı beş nəfər xəsarət alıb.

Hadisə yerinə gələn Kəngərli rayonu DYMH-nin qəza xilasetmə bölməsi tərəfindən yaralılar xilas edilib.

Onlar Şərur Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts