Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Naxçıvan boksçuları ölkə birincisi olublar

Naxçıvan boksçuları ölkə birincisi olublar

Bakı şəhərində yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçirilib. Altı gün davam edən yarışda müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) idmançısı qüvvəsini sınayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, birincilikdə muxtar respublika 10 idmançı, 2 məşqçi və 1 hakimlə təmsil olunub. Naxçıvan yığması 2 qızıl medal sayı ilə turniri komanda hesabında üçüncü yerdə tamamlayıb.

Təmsilçilərdən Haxverdi Həsənov (63 kq) və Turqay Abbasov (75 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

Qeyd edək ki, yarışın mükafatçıları yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Editor

Related Posts