Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üçün elan olunan müsabiqə martın əvvəli başa çatacaq

Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üçün elan olunan müsabiqə martın əvvəli başa çatacaq

Keçmiş “Dostluq” kinoteatrının binasının yenidən qurulması və istifadəsi ilə bağlı elan olunan müsabiqə martın 4-də başa çatacaq.

Birinci24 informasiya agentliyi  xəbər verir ki, bu barədə Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məlumat verib.

Onun sözlərinə görə, müsabiqə üçün müraciətlər davam edir:

“Hazırda müsabiqəyə 85-dən çox müraciət qeydə alınıb. Düşünmürəm ki, onların hamısı iştirak mərhələsinə də qatılacaq. Yəqin ki, işlə tanışlıqdan sonra ümumi say bir az azalacaq. Martın 4-ü müraciət üçün sonuncu qəbul tarixidir, bundan sonra münsiflər heyəti dəyərləndirmə aparacaq”.

Xatırladaq ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 76 ünvanında yerləşən keçmiş “Dostluq” kinoteatrının binası 50-ci illərdə o zamanların qaydalarına uyğun olaraq, eyni tipli layihə əsasında inşa olunsa da, təxminən 90-cı illərin ortalarından binada kinofilmlərin nümayişi dayandırılıb və uzun illər boyu bina istifadəsiz qalıb.

Kinoteatrın yenidən qurulması layihəsinə və gələcəkdə istifadəsinə dair təkliflərin verilməsi üzrə Azərbaycan Memarlar İttifaqı tərəfindən 2024-cü ilin dekabrında açıq müsabiqə elan olunub.

Editor

Related Posts