Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Bakıda işdən evə gedən qadın bıçaqlandı

Bakıda işdən evə gedən qadın bıçaqlandı

Paytaxtın Suraxanı rayon Hövsan qəsəbəsində qadın bıçaqlanıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə qəsəbədəki məktəblərdən birinin yaxınlığında baş verib.

1973-cü il təvəllüdlü G.Həmidovaya  işlədiyi məktəbdən çıxıb evə gedərkən kəsici alətlə xəsarət yetirilib.

Suraxanı RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 56 yaşlı Ə.Atakişiyev saxlanılıb.

Qeyd edilir ki, G.Həmidova həmin məktəbdə xadimə işləyir.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts