Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“HƏMAS girovları qaytarmasa, İsrail döyüşləri bərpa edəcək” – Netanyahu

“HƏMAS girovları qaytarmasa, İsrail döyüşləri bərpa edəcək” – Netanyahu

“HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv hərbi əməliyyatları bərpa edəcək”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu əsas nazirlərin iştirakı ilə keçirilən hərbi-siyasi kabinetin 4 saatlıq iclasının yekunu üzrə deyib.

“Qəbul etdiyim və Nazirlər Kabineti yekdilliklə təsdiqlədiyi qərar budur: Əgər HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu HƏMAS nəhayət məğlub olana qədər intensiv hərbi əməliyyatlara davam edəcək”, – Netanyahu deyib.

Lakin o, İsrailin şənbə gününə qədər neçə girovun azad edilməsini tələb etdiyini dəqiqləşdirməyib.

Editor

Related Posts