“Rusiya və ABŞ-nin yüksək vəzifəli rəsmiləri iki ölkə liderləri arasında mümkün görüşə hazırlıq üçün gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacaqlar”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ukrayna münaqişəsinin sonunun müzakirə olunacağı görüşün ayın sonuna qədər baş tuta biləcəyi iddia edilir.
Agentlik qeyd edir ki, görüşün təfərrüatları və iştirakçıların siyahısı hələ də razılaşdırılır. Səudiyyə Ərəbistanı tərəfini milli təhlükəsizlik üzrə dövlət naziri Musaed bin Məhəmməd əl-Ayban təmsil edəcək. Nümayəndə heyətləri Ramazan ayı başlamazdan əvvəl sammitin tarixini müəyyən etməyə çalışacaqlar.