Fevralın 18-də prezident İlham Əliyev Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olub.
Hoteldə görülən işlərlə bağlı prezidentə məlumat verilib.
Bəs Ağdam şəhərində tikilən ikinci böyük hoteldən kimlər qazanacaq?
2024-cü ilin oktyabrında “TABIA Group” şirkəti açıqlama yayaraq elan edir ki, “Hilton Garden İnn” “TABIA Group”un otellər portfelinə qoşulacaq.
“Biz Hilton Garden Inn brendini Bakıya gətirməkdən çox məmnunuq,” – deyə şirkətin CEO-su Uygar Koçaş bildirib.
“TABIA Group” “PMD Group” MMC-nin otelçilik portfelinə nəzarət edir. Belə ki, “PMD Group”un bir hissəsi olan “PMD Hospitality” 2024-cü ilin sonlarında adını dəyişərək “TABIA Group” kimi fəaliyyətini davam etdirib.
“PMD Group” MMC prezidentin ailəsinə məxsus “Pasha Holding”in çətiri altında fəaliyyət göstərir.
“TABIA Group”un tərkibinə “Qalaaltı Hotel & Spa”, “Shamakhi Palace Sharadil”, “Lankaran Springs Wellness Resorts”, “Exelsior Hotel &Spa”, “Chenot Palace Gabala”, “Garabag Resort & Spa”, “Chinar Hotel & Spa Naftalan”, “Gashalti Health Hotel Naftalan”, “Goygol Lake Resort”, “Paulander Brauhaus”, “Badamdar Hotel & Residences” kimi hotel və tibbi müalicə müəssisələri də daxildir.
“Abzas Media”nın 2024-cü ildə apardığı araşdırmalarla üzə çıxdmışdı ki, prezidentin açılışını etdiyi “Aghdam City Hotel” də bu portfelə daxildir.