Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

İmamoğlu prezidentliyə namizədlik üçün ilk addımı atdı 

İmamoğlu prezidentliyə namizədlik üçün ilk addımı atdı 

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyədə keçiriləcək növbəti prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi olmaq üçün rəsmi qaydada müraciət edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.

“Bu gün yeni başlanğıcın ilk addımını atdım və üzvü olmaqdan şərəf duyduğum Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olmaq üçün rəsmi ərizəmi verdim”, – deyə İmamoğlu bildirib.

Qeyd edək ki, CHP-nin prezidentliyə namizədini müəyyən edəcəyi partiyadaxili seçki martın 23-də baş tutacaq. Ali İcraiyyə Komitəsi ərizələrini təqdim etmiş prezidentliyə namizədləri fevralın 22-i elan edəcək.

Editor

Related Posts