Ali Rada Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyətlərinin icrasına davam etməsini dəstəkləyən qətnamə qəbul edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.
“Bu gün nəhayət ikinci cəhddə demokratiya (həmçinin, Zelenskiyə və qarşıdan gələn seçkilərə dəstək) haqqında qətnamə qəbul etdik”, – deyə o “Telegram” kanalında yazıb.
Jeleznyakın sözlərinə görə, qətnamənin mətnində qeyd edilib ki, Zelenski Ukraynanın yeni seçilmiş prezidenti vəzifəyə başlayana qədər səlahiyyətlərini icra etməkdə davam etməlidir.
Ali Rada həmçinin bildirib ki, Ukraynada tətbiq edilən hərbi vəziyyət seçkilərin konstitusiyaya uyğun keçirilməsinə imkan vermir,
Eyni zamanda, Ukrayna xalqı belə seçkilərin müharibə başa çatdıqdan sonra keçirilməsində həmrəydir.
Qeyd edək ki, Zelenskinin prezident səlahiyyətləri rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb.